Ermənistan prezidenti Baş Qərargah rəisinin istefa fərmanını imzalamadı –Paşinyanın sənədi geri qaytarıldı

Ermənistan prezidenti Armen Sərkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı Baş nazir Paşinyanın fərmanını geri qaytarıb.

Azpost.info bildirir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Prezident hakimiyyət nümayəndələri, parlament və qeyri-parlament qüvvələri, ali hərbi komandanlıq nümayəndələri ilə məsələhətləşmələr keçirib.  Prezident Aparatında fərman aparıcı və müstəqil hüquqşünaslar tərəfindən öyrənilib. Qərara gəlinib ki, fərman Konstitusiyaya ziddir”-deyə Prezidentin mətbuat xidmətinin rəsmi açıqlamasında deyilir.

Sənəddə vurğulanır ki, Silahlı Qüvvələr siyasi məsələlərdə neytral qalmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda müxalifət Paşinyanın istefası tələbi ilə aksiya keçirir

Sonrakı məqalə

“Putin dəstək verdi, müxalifətin aksiyalarını dərhal dağıtmaq lazmdır” –