“Putin dəstək verdi, müxalifətin aksiyalarını dərhal dağıtmaq lazmdır” –Erməni politoloq Levon Şirinyan

“Müxalifətin parlamentin qarşısında keçirdiyi mitinq hərbi vəziyyətin qaydalarına uyğun olaraq dağıdılmalıdır. Ölkədə təcili qayda-qanun yaradılmalı, insanlara işləmək imkanı əldə etməlidir”.

Azpost.info bildirir ki, bu sözləri erməni politoloqu Levon Şirinyan “1am”saytına açıqlamasında ölkədəki siyasi böhranı şərh edərkən deyib.

Politoloq deyib ki, müxalifətin xaricdən və daxildən müttəfiqləri var, amma hazırkı şərtlər daxilində bu müttəfiqlər onlara kömək etməyə bilər: “Putin Paşinyanla telefon danışığında göstərdi ki, bu qüvvələri dəstəkləmir. Erməni xalqının iradəsi dəstək alır. Hazırda ölkədə 17 yox, 3 qüvvə var: Respublikaçılar Partiyası, “Çiçəklənən Ermənistan” və Daşnaksyutun. Digərləri heç bir əhəmiyyət daşımır. Bu vəziyyətin idarə olunmasının açarı hökumətin hərəkətliliyindədir. Nə qədər ki, onların Prezidenti fərmanı imzalamayıb, bu qüvvələr hər bir addım ata bilərlər”.

Politoloqun fikrincə, bunun üçün parlamentin qarşısındakı mitinq dağıdılmalıdır: “Müxalifətin pul və işlə bağlı heç bir problemi yoxdur. Onlar küçədə min il də yaşaya bilərlər. Amma taksi sürücüsü, digərləri yaşamaq üçün işləməlidirlər. Bu aksiyaları dərhal dağıtmaq və təcili tədbirlər görmək lazımdır. Putin də Paşinyana artıq dəstək verib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan prezidenti Baş Qərargah rəisinin istefa fərmanını imzalamadı –

Sonrakı məqalə

“Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə göndərilməsi birgə Bəyanatın kobud pozulmasıdır” –