Ermənistan prezidenti İraq Kürdüstanında səfərdədir

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın başçılıq etdiyi nümayəndə heyəti İraq Kürdüstanının paytaxtı Ərbilə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “Armenpress” yazıb.

Məlumata görə, Ermənistan prezidenti Ərbildə İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani, prezident Neçirvan Bərzani və baş nazirin müavini Qubad Təlabani ilə görüşlər keçirəcək.

Vaaqn Xaçaturyan həmçinin Ərbilin tarixi qalasına baş çəkəcək və Ərbilin Aynkava rayonunda yerləşən erməni kilsəsinə baxış keçirəcək.

Səfərin sonunda o, İraq Kürdüstanının erməni icmasının nümayəndələri ilə görüşəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.