Ermənistan sərhədlə bağlı təkliflər paketini Bakıya təqdim edib:"Detallarını aça bilmərəm"

Ermənistan sərhədyanı zonalarda gərginliyin azaldılması üçün təkliflər paketini Azərbaycana təqdim edib. 

Azpost.info bildirir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deputatlara bildirib.

Onun sözlərinə görə, İrəvan təkliflərini Rusiyanın vasitəsi ilə verib.

Mirzoyan deyib ki, erməni tərəfi vəziyyətin aradan qaldırılması üçün tədbirlər paketi hazırlayıb. “Paket Azərbaycana təqdim edilmək üçün Rusiyaya verilib. Bu sənədin detallarını açıqlaya bilmərəm”. 

Nazir həmçinin vurğulayıb ki, təkliflər paketi Təhlükəsizlik Şurasının iclasına təqdim olunub.

Qeyd edək ki, Rusiyanın XİN başçısı Sergey Lavrov bu yaxınlarda bildirmişdi ki, Ermənistandan olan həmkarı ilə danışıb. Onlar delimitasiya ilə bağlı komissiyanın yaradılmasını müzakirə ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran prezidenti Kremldə namaz qıldı –

Sonrakı məqalə

Nazarbayevin Təhlükəsizlik Şurasının ömürlük sədri statusu ləğv olundu