“Ermənistan sülh sazişinin imzalanmasında maraqlı görünmür” –POLİTOLOQ

“Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə sülh sazişinin imzalanması ilə bağlı ikitərəfli komissiyanın yaradılması öz-özülüyündə müsbət haldır”.

Bu barədə Azpost.info-ya sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Politoloq əlavə edib ki, ikitərəfli komissiya sərhədlərin delimitaziyası və sülh sazişinin imzalanması ilə bağlı layihənin hazırlanması ilə məşğul olacaq: “Kommunikasiyaların açılmasını tərəflər özləri həll edə bilər. Sərhədlərin delimitaziyası və sülh sazişinin imzalanması məsələsi isə bir qədər çətin olduğu üçün ikitərəfli komissiyanın yaradılmasına ehtiyac duyulub. Hesab edirəm ki, komissiya öz işinin öhdəsindən gələ biləcək. Doğrudur, ermənilər yenə də həyasızlıqlarından qalmır. Azərbaycana yönəlik ittihamlar səsləndirir. Sülh sazişinin imzalanmasında maraqlı görünmürlər. Digər tərəfdən Rusiya faktoru var. Rusiya münaqişənin bitməməsi üçün əlindən gələni edir. Amma fikrimcə, Brüssel görüşü ilə bu məsələ Rusiyanın nəzarətindən çıxmaq üzrədir. Ona görə də ümid edirəm ki, nəhayət, ciddi nətciələr əldə oluna bilər”, – deyə politoloq vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Mehriban Əliyevanın göstərişi ilə klubdakı partlayışla bağlı müşavirə keçirildi

Sonrakı məqalə

“Borrelin bu bəyanatı oyun qaydalarını əhəmiyyətli dərəcədə dəyişir” –