Ermənistan XİN başçısı Türkiyədə Sergey Lavrovla görüşüb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyan və Lavrov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunublar.

Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesini də müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirləri Ermənistan-Rusiya əməkdaşlığının bir sıra məsələlərini də müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Avrasiya İttifaqı dövlətlərinə taxıl ixracını qadağan etdi

Sonrakı məqalə

Müharibə Ukraynaya 100 milyard dollardan artıq ziyan vurub