“Ermənistan Zəngəzurdakı vəziyyətlə bağlı kömək üçün müraciət etməyib” –Putinin mətbuat katibi

“Ermənistan Zəngəzurdakı vəziyyətlə bağlı Rusiyaya kömək üçün müraciət etməyib”. 

Azpost.info bildirir ki, bu sözləri Putinin mətbuat katibi Dimitri Peskov bəyan edib.

“Paşinyan kömək istəməyib. Erməni tərəfi vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildirib. Putin bu narahtlığı bölüşüb və üçtərəfli Bəyanatın müddəalarının icra edilməsinin vacibliyini xüsusi vurğulayıb”– deyə Peskov bildirib.

Xatırladaq ki, Paşinyan cümə günü Rusiya prezidentinə zəng vuraraq Azərbaycanla sərhəddə yaranmış vəziyəti müzakirə edib.

Putin Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin mühüm olduğunu bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Texniki Universitetinin tələbəsi üç gündür yoxa çıxıb

Sonrakı məqalə

“Rusiya Zəngəzurla sərhəddə yaranmış vəziyyətin həlli üçün intensiv işləyir” –