Azərbaycan Texniki Universitetinin tələbəsi üç gündür yoxa çıxıb-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 3-cü kurs tələbəsi itkin düşüb.

Şabran rayon sakini Hüseynov İlkin Saleh oğlu mayın 11-də Bakıdan Şabrana gedərkən yoxa çıxıb.

İ. Hüseynovun atası Saleh Hüseynov APA-ya bildirib ki, İlkin sonuncu dəfə may ayının 11-isaat 14:40-da onlarla əlaqə saxlayıb, bundan sonra ondan heç bir xəbər ala bilmirlər: “İlkin sonuncu dəfə mayın 11-də saat 14.40-da Bakıdan yaşadığı Şabrana gedərkən nənəsi ilə danışıb, Siyəzən rayon ərazisində yerləşən Xızır Zində pirinin yaxınlığında olduğunu bildirib və 20 dəqiqəyə evə çatacağını deyib. Ondan sonra bir daha İlkinin telefonuna zəng çatmayıb”.

AzTU-dan bildirib ki, İlkin Hüseynov sonuncu dəfə mayın 8-də onlayn dərslərdə iştirak edib.

Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.

İlkin Hüseynovu görən şəxslərdən 050 479 11 08 nömrəsinə zəng etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə AVRO-2020 üçün heyətini açıqlayıb –

Sonrakı məqalə

“Ermənistan Zəngəzurdakı vəziyyətlə bağlı kömək üçün müraciət etməyib” –