Ermənistanda əhalinin 47,6 faizi kasıbdır, 0,7 faizi isə aclıq çəkir.
Azpost.info bildirir ki, bununla bağlı Ermənistanın milli Statistika Xidmətinin açıqladığı rəsmi məlumatda qeyd olunub. Kasıb əhali kənd yerlərində daha çoxluq təşkil edir.
Bu kasıbların aylıq gəliri 50 dollar civarındadır. Rəsmi məlumata görə, Ermənistanda minimum ərzaq səbəti 35 min 983 dram (70 dollar), minimal istehlak səbəti isə 66 min 568 dram (138 dollar) təşkil edir. Ermənistanda orta aylıq əmək haqqı isə 68 min dramdır.(141 dollar)