Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölümlə nəticələnən hadisə olub.

APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində qeydə alınıb.

Əlverişsiz hava şəraitində yanlışlıqla erməni hərbçilər bir-biri ilə atışmaya girib. Nəticədə, hərbi qulluqçu Qraçya Saruxanyan ölüb, daha 1 hərbi qulluqçu isə yaralanıb.

İnsidentin səbəbləri araşdırılır.

Əvvəlki məqalə

Stoltenberqin səlahiyyət müddəti uzadıla bilər

Sonrakı məqalə

Naxçıvanda maşın ana və oğlunu vurub