Ermənistanda hərbi komissarlığın döşəməsi çökdü –11 nəfər xəsarət alıb

Ermənistanın paytaxtı İrəvanda hərbi komissarlığın yerləşdiyi binanın döşəməsi çöküb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə binanın birinci mərtəbəsində qeydə alınıb, nəticədə 11 nəfər xəsarət alıb.

Döşəmənin çökməsinə binanın köhnə olması səbəb kimi göstərilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb

Sonrakı məqalə

Siyavuş Novruzovdan YAP-çılara mesaj: