Ermənistanda Xarici Kəşfiyyat İdarəsi yaradılır.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
İdarə hüquq-mühafizə orqanlarında islahatlar çərçivəsində yaradılır.
Qriqoryanın sözlərinə görə, Ermənistan hökuməti polis, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrdə islahatlar aparır: “Bu islahatlar kontekstində biz ayrıca Xarici Kəşfiyyat Agentliyi yaratmağı planlaşdırırıq. Təhlükəsizlik Şurasının aparatı artıq həmkarları ilə bu yeni strukturun formalaşdırılması ilə bağlı danışıqlara başlayıb”.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, 2018-ci ildən ölkədə təhlükəsizlik sektorunun demokratikləşməsi prosesinə başlanılıb. O əlavə edib ki, Daxili İşlər Nazirliyində aparılan islahatlar zamanı üç struktur – polis, Fövqəladə Hallar Nazirliyi və Miqrasiya Xidməti birləşdiriləcək.
Azpost.info