Ermənistandakı təyyarə qəzasında ölənlər ruslardır

Ermənistanın Kotayk rayonunda yüngül mühərrikli B55 təyyarəsinin qəzaya uğraması nəticəsində iki rusiyalı həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Kotayk regional xilasetmə idarəsinin rəisi Gevorq Sedrakyan bildirib.

Onun sözlərinə görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Sedrakyan həmçinin qeyd edib ki, təyyarə Craber kəndindəki qum mədəninin ərazisinə düşüb.

İstintaq Komitəsinin əməkdaşları hadisə yerində işi davam etdirdiyindən ölənlərin cəsədləri hələlik təxliyə edilməyib.

Qeyd edək ki, bundan əvvəl qəzanın baş verdiyi ərazidə iki yanmış cəsəd tapıldığı bildirilmişdi.

Azpost.info

Əvvəlki məqalə

Ukraynada əsirlikdə olan 50 rus hərbçisi Rusiyaya təhvil verilib

Sonrakı məqalə

MEDİA yazı müsabiqəsinin qaliblərini açıqladı –