“Ermənistandakı vəziyyətin dinc yolla həllinə ümid edirik” –Rusiya XİN rəhbəri Lavrov

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.

Nazirlər Ermənistandakı vəziyyəti müzakirə ediblər.

Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib.

“Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Diaspora Komitəsinin sədri Fuad Muradov xarici jurnalistlərlə görüşüb

Sonrakı məqalə

Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edilib –