“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət qiymətləndiririk” –ÇAVUŞOĞLU

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair son açıqlamalarını müsbət qiymətləndiririk.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, rəsmi Ankara bu addımları dəstəkləyir: “Azərbaycan hərtərəfli sülh sazişi təklif edib. Ermənistan buna “hə” desə, bu saziş imzalanır. Biz də Türkiyə olaraq bu istiqamətdə müsbət addımlar atarıq. Bizim istəyimiz bölgəmizdə daimi sülh və sabitliyin olmasıdır”. (APA)

Əvvəlki məqalə

Bakıda yerləşən İran Bankı bağlanır?

Sonrakı məqalə

Çin Ukraynanın zəbt edilmiş ərazilərinin Rusiyaya verilməsini təklif edib