“Ermənistanla münasibətlər Azərbaycanla koordinasiyada həyata keçiriləcək” –Türkiyənin vitse-prezidenti

“Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün regionda münasibətlərin normallaşması arzusunda səmimidir”.

“Anadolu” Agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin vitse-prezident Fuat Oktay Türkiyə Böyük Millət Məclisində çıxışında deyib.

O bildirib ki, Türkiyə Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək başlatdığı haqq işini, Vətən müharibəsini qətiyyətlə dəstəkləyib.

Fuad Oktay Azərbaycan torpaqlarında 30 ilə yaxındır davam edən erməni işğalına son qoyulduğunu, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək torpaqlarını işğaldan xilas etməsinin uzun illərdən sonra Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması istiqamətində çalışmaq üçün əlverişli zəmin yaratdığını bildirib: “Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz 3+3 formatında Regional Əməkdaşlıq Platformasının ilk iclası ötən həftə keçirilib. Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusunda səmimidir. Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olacaq və Azərbaycanla yaxın koordinasiyada həyata keçiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün inklüziv əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dünən Laçın dəhlizndən 400 avtomobil keçib, hamısı yoxlanılır”-

Sonrakı məqalə

Rəssam Şamo Abasov əsərlərində və xatirələrdə –