“Ermənistanla sülh müqaviləsi beş prinsip əsasında imzalanacaq” –İLHAM ƏLİYEV

“Biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik. Hal-hazırda xarici işlər nazirləri, iki ölkənin nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır”.

Bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, danışıqları çox uzatmaq lazım deyil: “Çünki məhz bu beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə də müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Biz bu təklifi irəli sürməklə bir daha xoş niyyətimizi, uzaqgörənlik göstəririk”.

Əvvəlki məqalə

“Biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və Qələbə qazanmışıq” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu