Moskva Ermənistanda gedən prosesləri, məsələn, Seçki Məcəlləsinə düzəlişlərin qəbul edilməsini görməzdən gələ bilməz.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu düzəlişlər seçkilərdə iştirak edən siyasi qüvvələrin adlarına əhəmiyyətli məhdudiyyətlər qoya bilər.
“Bilirsiniz, bunun müxalifətin seçki imkanlarını qəsdən məhdudlaşdırmaq üçün edilməməsi vacibdir. Çünki biz Nikol Paşinyanın bu yaxınlarda Rusiya prezidenti ilə görüşdə qarşıdan gələn seçkilər barədə danışarkən “Ermənistan demokratik ölkədir” deməsini xatırlayırıq”, – Rusiya XİN sözçüsü qeyd edib. /APA/