“Ermənistanla Azərbaycanı birləşdirəcək yolun təmiri üçün danışıqlara başlayırıq”-Rusiya Baş nazirinin müavini

Ermənistanın xahişi ilə Rusiya Azərbaycan və Türkiyə dəmir yolları ilə əlaqə təmin edəcək dəmir yolunun iki hissəsinin bərpası üçün danışıqlara başlayır.

Azpost.info RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk jurnalistlərə bildirib ki, Ermənistan tərəfinin xahişinə uyğun olaraq Rusiya Yerasx şəhəri yaxınlığında Azərbaycan Respublikasının dəmir yolları ilə, eləcə də Axuryan kəndi yaxınlığında Türkiyə Respublikasının dəmir yolları ilə əlaqə təmin edəcək Ermənistan dəmir yolunun iki hissəsinin bərpası ilə bağlı əsaslı danışıqlara başlamaq qərarına gəlib.

O, bərpa ediləcək dəmir yolu hissələrinin ümumi uzunluğunun təxminən 1,6 km və 12,4 km olduğunu qeyd edib. Danışıqlar bu layihənin həyata keçirilməsi üçün texniki, maliyyə və digər üsulları müəyyən edəcək.

“Ermənistan tərəfinin Rusiyaya müraciət edərək bir daha nümayiş etdirdiyi Rusiya təcrübəsinə, biliyinə və texnologiyasına olan etimadı yüksək qiymətləndiririk”- deyə Overçuk vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.