“Ermənistan müsbət addım atsa, Cənubi Qafqaz sabitlik bölgəsi ola bilər” –ÇAVUŞOĞLU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Orta Asiya, Cənubi Qafqaz və Qarabağda baş verənlərlə bağlı küveytli həmkarını məlumatlandırıb.

Türkiyə XİN başçısı bu barədə Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Məhəmməd əs-Sabahla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən atəşkəs əhəmiyyətli bir fürsətdir.

“Regionun rifahı ilə yanaşı, əhəmiyyətli layihələrin icrası, münasibətlərin normallaşması baxımından qarşımızda bir fürsət var. Ermənistan da bunu müsbət dəyərləndirsə, Cənubi Qafqaz gələcəkdə sülh və sabitlik bölgəsi ola bilər”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir