Ermənistana casusluq edən Azərbaycan vətəndaşına 17 il həbs cəzası verildi –QƏRAR

Bakı Ağır Cinayətlər Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan Aydın Zəkiyevi 17,5 il müddətinə azadlıqdan məhrum edib. O, 2021-ci ilin oktyabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq Zəkiyevin Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqla məşğul olduğunu, üçüncü dövlətlərin ərazisində onların nümayəndələri ilə görüşdüyünü müəyyən edib.

Ermənistan tərəfin tapşırığı ilə Zəkiyev Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti haqqında məlumat toplayır və ötürürdü. Bundan başqa, o, Ermənistandan ona göndərilən, Azərbaycanda etnik ayrı-seçkilik salmağa yönəlmiş mətnləri yayırdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.