Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polis bölməsi erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın evində axtarış aparır.
AzPost bildirir ki, bu barədə Ermənistan mediası xəbər verir.
Ermənistan Daxili İşlər Nazirliyi saxlanılanların olduğunu bildirib. Saxlanılanlar arasında Karapetyanın olub-olmadığı barədə məlumat verilmir.
Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.