“Ermənistandan normallaşma ilə bağlı bir sıra müsbət mesajlar eşidirik” –CEYHUN BAYRAMOV

“Müzakirələrimiz zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarıma məlumat verdim”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, regionda kommunikasiyaların açılması, dövlət sərhədinin müəyyən edilməsi üçün İşçi Qrupunun yaradılmasının labüdlüyü istiqamətində Azərbaycan tərəfinin təklifləri barədə həmkarını məlumatlandırıb: “Ermənistana sülh sazişi üzrə olunan təklifi və artıq fevral ayından etibarən Azərbaycan tərəfindən həmin sazişin təməl bazası üçün təkliflərimiz barədə məlumat verdim. Son günlər ərzində Ermənistan tərəfindən bu istiqamətdə bir sıra şəxslər tərəfindən müsbət mesajları eşidirik. Azərbaycan dəfələrlə öz mövqeyini ifadə edib”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.