“Eagle Partner 2024” Ermənistan-ABŞ birgə təlimləri başlayıb.
Azpost.info xəbər verir ki, təlimin açılış mərasimində Ermənistan müdafiə naziri Suren Papikyan, ABŞ-ın İrəvandakı səfiri Kristina Kuin də iştirak edib.
Təlimlərin bəyan edilmiş məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən qoşunların koordinasiya səviyyəsini yüksəltmək, Ermənistan hərbi qulluqçularının döyüş hazırlığını yüksəltmək, həmçinin komanda-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.
Birgə təlimlərə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının bölmələri, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları, Kanzas Milli Qvardiyasının bölmələri cəlb olunacaq.
Təlimlər iyulun 24-dək davam edəcək.
Azpost.info