Əsəbi reaksiya və yersiz qəzəb qaraciyərdə xəstəlik əlamətidir –HƏKİM RƏYİ

Ətrafa əsəbi reaksiya, artan qıcıqlanma daxili orqanlarda xəstəliklərin olmasını göstərir.

Azpost.info MedicForum-a istinadən yazır ki, bunu qastroenteroloq Dilara Lebedeva deyib.

İlk baxışda bu nəticə qəribə görünür. Əslində, pis idarə olunan qıcıqlanma və ya qəzəbdən şikayət edən bir çox xəstələrdə bədəndə filtr rolunu oynayan, onu təhlükəli maddələrdən və toksinlərdən təmizləmək üçün məsul olan orqanlarında xəstəlik olur.

Həkimin sözlərinə görə, işlənməmiş qidalar beyinə daxil olduqda neyroiltihab və neyrotransmitterlərin balansında dəyişikliklər baş verir. “Bu, əhval-ruhiyyənin dəyişməsinə gətirib çıxarır. Məsələn, aqressiya, insanlara inamsızlıq, əsəbilik meydana gəlir”, – Lebedeva qeyd edib.

O deyir ki, əsəbilik qaraciyərdəki problemlərə işarə ola bilər. Bu orqan xəstədirsə, konsentrasiyanı çətinləşdirən “başda duman” ola bilər.

“Eyni zamanda iştahsızlıq öd kisəsi ilə bağlı problemləri göstərə bilər”-, deyə həkim əlavə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.