Azərbaycan və Rusiya Baş nazirləri telefonla danışıblar

Azərbaycan və Rusiya Baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Danışıq zamanı tərəflər birgə layihələr, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Həmçinin hökumət başçıları gələcəkdə hökumət xətti ilə keçiriləcək görüşlərin qrafikini müzakirə ediblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.