Estoniya məşhur rusiyalı müğənni Filip Kirkorovun ölkəyə girişinə 5 illik qadağa qoyub.
Azpost.info xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb. Qadağa 2027-ci ilin aprelinə qədər qüvvədə olacaq. Kirkorovla yanaşı, rusiyalı müğənni Polina Qaqarinanın da ölkəyə girişi qadağan edilib.
Kirkorov mayın 27-də Tallində konsert verməli idi. Lakin konsertin keçirilməsinə qarşı 6600-dən çox imza toplandı. Etiraz fonunda Tallinin vitse-meri də Estoniya Xarici İşlər Nazirliyini Ukraynaya təcavüzə haqq qazandıran rusiyalı sənətçilərə sanksiya tətbiq etməyə çağırmışdı.
Azpost.info