Estoniya Rusiyanın enerji sistemindən ayrılır

Estoniya 2025-ci ilin fevralında Rusiyanın enerji şəbəkəsindən ayrılacaq.

AzPost RİA Novosti-yə istinadən xəbər verir ki, bu qənaətə Estoniyanın “Eering” enerji şirkətinin rəhbəri Kalle Kilk gəlib.

Bu açıalama Estoniya və Finlandiyanı birləşdirən Estlink 2 kabeli ilə bağlı son insidentlə əlaqədar edilib. Sözügedən elektrik xətti dekabrın 25-də naməlum səbəbdən kəsilib. Finlandiya hüquq-mühafizə orqanlarının nümayəndələri insidentin xarici yük gəmisi ilə bağlı ola biləcəyini istisna etmirlər.

Həmçinin bildirilir ki, Rusiya elektrik şəbəkəsindən ayrıldıqdan sonra Estoniya elektrik şəbəkəsi “Mərkəzi Avropa tezlik diapazonu” ilə sinxronlaşdırılacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.