“Etiraz edənlə dialoq aparılar” –İran dini lideri danışdı

“Etiraz əsaslıdır, lakin etiraz iğtişaş demək deyil“.

Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei hazırda ölkədə baş verən etiraz aksiyaları haqda danışarkən bildirib.

“Bazar əhli və iş adamları ölkənin ölkə valyutasının devalvasiyasına və xarici valyutanın qiymətinin qalxmasına etiraz etdi. Onlar biznes mühitinin qeyri-sabit olmasına baxaraq deyirlər: “Mən bizneslə məşğul ola bilmərəm”. O, həqiqəti deyir. Ölkə rəsmiləri bunu qəbul edir. Bu səbəbdən də etiraz etmək düzgündür, amma etiraz etmək iğtişaş yaratmaqdam fərqlidir. Biz etirazçılarla danışırıq”-deyə Xamneyi vurğulayıb.

“Etiraz edənlə dialoq aparılır. Hakimiyyət etiraz edənlə danışmağa borcludur. Amma talançı ilə danışmağın mənası yoxdur. Talançını yerinə oturtmaq lazımdır”, – o bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.