Etna vulkanı yenidən fəallaşıb

Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.

İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki Voraqin kraterindən güclü lava axını müşahidə edilib.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanın püskürdüyü kül və toz dumanı təxminən 9,5 kilometr hündürlüyə qalxıb.

Vulkanın ətəyindəki yaşayış məntəqələrinə yayılan kül və toz dumanı hava nəqliyyatına da mənfi təsir göstərib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.