ETSN əməkdaşlarına odlu silahdan atəş açılıb, bir nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyi (DİN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarına odlu silahdan atəş açılması faktına münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, sözügedən faktla bağlı ilkin olaraq araşdırma aparılıb, daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib. 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə,

E.Qasımov bildirib ki, ilkin baxışda əməkdaşın özündə, geyimində hər hansı odlu silah aşkarlanmayıb: “Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Əvvəlki məqalə

Daha 3 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Ukraynada döyüşən “Azad Rusiya” Legionu Rusiya ərazisinə hucum edib –