Evə həm hava, həm də ruhi rahatlıq gətirən 7 möcüzəvi bitki

Otaq bitkiləri
Otaq bitkiləri

Ev mühitində təbii bitkilərin saxlanılması təkcə dekorativ gözəllik üçün deyil, həm də sağlamlıq və psixoloji rahatlıq üçün önəmlidir. AzPost xəbər verir ki, aparılan son araşdırmalara görə, bəzi bitkilər havadakı zərərli maddələri təmizləməklə yanaşı, insanda stressi və narahatlığı azaldır.

Mütəxəssislər ilk növbədə sanseviera (xalq arasında “ana dili” kimi tanınır) bitkisini tövsiyə edir. Bu bitki gecələr belə oksigen ifraz edir və havanı zərərli toksinlərdən təmizləyir. Digər effektiv bitki isə aloeveradır. Bu bitki havanı təmizləməklə yanaşı, dəri üçün də faydalı xüsusiyyətlərə malikdir.

Lavanda bitkisi isə yuxusuzluq, narahatlıq və əsəb gərginliyi üçün olduqca təsirlidir. Onun ətri ruhi rahatlıq yaradır və sinir sistemini sakitləşdirir. Fikus bitkisi də havanı təmizləyən, toz və allergenləri azaldan təsirə malikdir. Bu bitki həm də dekorativ görünüşü ilə evdə pozitiv aura və hava yaradır.

Yasəmənbənövşə bitkiləri isə xoş ətrinin yanında stressi azaldan və əsəb sisteminə sakitləşdirici təsir göstərən bitkilər sırasındadır. Həmçinin xurma palmaları rütubəti tənzimləyir və evdə quru hava probleminin qarşısını alır. Bu bitki eyni zamanda vizual baxımdan da rahatlıq gətirir.

Mütəxəssislər bildirir ki, evdə bu kimi bitkilərin olması yuxu rejimini yaxşılaşdırır, iş qabiliyyətini artırır və ümumi psixoloji rahatlığı təmin edir. Beləliklə, həm havanı təmizləyən, həm də ruhu dincəldən bu təbii dekorativ bitkilər evlər üçün əvəzolunmaz sayılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.