“Evim, yaxtam yoxdur, dostumgildə qalıram” –265 milyard sərvəti olan İlon Mask

“Tesla”nın qurucusu İlon Maskın evi yoxdur.

Azpost.info xəbər verir ki, “Business Insider” bunu amerikalı milyarderə istinadən yazıb. “İndi mənim öz evim belə, yoxdur. Sözün əsl mənasında dostlarımla qalıram. “Tesla”nın mühəndislik avadanlıqlarının yerləşdiyi vadiyə gedəndə dostlarımın boş yataq otaqlarından istifadə edirəm”, – Mask deyib.

Milyarder əlavə edib ki, şəxsi təyyarəsi olsa da, yaxtası yoxdur, istirahətə isə getmir: “Təyyarədən istifadə etməsəm, işləmək üçün daha az vaxtım qalar”. “Forbes” İlon Maskın sərvətinin 265 milyard dollar olduğunu açıqlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.