Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Expressbank”ın vaxtı keçmiş kreditlərində kəskin artım –

Orkhan Ali 06 May 2025 - 10:01 (Last updated: 21 May 2025 - 20:54)
1746507795_img_2585

“Expressbank”ın vaxtı keçmiş kreditləri 2025-ci ilin ilk rübündə də artmaqda davam edib.

Valyuta.az xəbər verir ki, bankın vaxtı keçmiş kreditləri ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə 37% və ya 3,44 milyon manat artaraq 12,65 milyon manata yüksəlib. Ötən ilin sonunda bu rəqəm 9,2 milyon manata bərabər olub.

Bu isə bankın vaxtı keçmiş kreditlərinin ümumi portfeldə çəkisinin 1,83 %-dən 2,53 %-ə kimi artmasına təsir edib.

“Expressbank”ın vaxtı keçmiş kreditlərində ən böyük artım istehlak kreditləri üzrə müşahidə edilir. Bankın vaxtı keçmiş istehlak kreditləri 61% və ya 2,8 milyon manat artaraq 4,65 milyon manatdan 7,48 milyon manata kimi yüksəlib.

Bankın şirkətlərlə bağlı bir aydan artıq vaxtı keçmiş kreditləri isə üç ayda 8% artaraq 4,2 milyon manata yüksəlib. “Expressbank”ın ilk rübdə danışmaz əmlak üzrə vaxtı keçmiş kreditlərinin həcmi isə 971 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 48% çoxdur.

Qeyd edək ki, hesablama zamanı bankın bir aydan artıq müddətə gecikdirilmiş kreditləri nəzərə alınıb.

Xatırladaq ki, “Express Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 19,98%-I Seyidov Hafiz Mirzağa oğluna, 48,78%-I onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC-yə, 30,85%-i “Enerqoservis” MMC-yə və  0,38%-i Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aiddir.

AzPost.az

Post navigation

Previous: Bakıda bu əraziləri su basıb –
Next: Dörd telekanal işarət dili ilə “danışacaq”

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.