Çin Xarici İşlər Nazirliyi Çeçenistan hərbçilərinə Çin zirehli maşınlarının göndərilməsi ilə bağlı məlumatları təkzib edib.
Azpost.info info xəbər verir ki, Çin diplomatik missiyasının rəsmi nümayəndəsi Van Venbinin sözlərinə görə, Pekin Ukraynada münaqişəni qızışdırmaqla məşğul deyil və bu problemin sülh yolu ilə həllinə çalışır.
Venbin Çinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyinin dünya ictimaiyyəti üçün şəffaf olduğunu deyib və medianı fərziyyələrə deyil, faktlara əsaslanan etibarlı materiallar dərc etməyə çağırıb.
“Çin Ukrayna problemi ilə bağlı həmişə obyektiv və ədalətli mövqedən çıxış edir. Biz dinc dialoq üçün səylər göstəririk. Silah vermirik və düşmənçiliyi qızışdırmırıq”, – Venbin qeyd edib.
Azpost.info