Fəxri adlar bundan sonra necə veriləcək? –

Nazir müavini dəyişikliklərdən danışdı
22 Noyabr 2021 - 14:31

“Fəxri adların verilməsi ilə bağlı meyarlar hazırlanması davam edir. Bununla bağlı çox tərəflər var”.

Bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, məsləhətləşmələr aparılır: “Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvaciblərinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin”.