Fəttah Heydərov Fəxri Xiyabanda dəfn olundu

YENİLƏNİB
04 Avqust 2020 - 12:26

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib.

“Report” xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri iştirak ediblər.

**

Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun dəfn mərasimi keçirilir.

F. Heydərov I Fəxri xiyabanda dəfn olunur. F. Heydərov ötən gecə 82 yaşında vəfat edib.