Fənlər üzrə işçi qruplarının iclasında sınaq imtahanında istifadə edilmiş tapşırıqlar təhlil olunub

Yanvarın 13-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Mərkəzdən  bildirilib ki, hər iki fənn üzrə işçi qrupunun iclasında gündəlik məsələ sınaq imtahanında istifadə edilmiş tapşırıqların təhlili olub. Aparılmış elmi-statistik təhlil tapşırıqların fənn kurikulumlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğunu təsdiq edib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib. Təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

İşçi qruplarının növbəti iclası yanvarın 27-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş nazir İkinci Qarabağ müharibəsi iştirakçılarının siyahısının hazırlanması barədə tapşırıq verib

Sonrakı məqalə

Mingəçevirdə 46 yaşlı kişi dəm qazından boğulub –