“Fəryad” filmindəki “erməni komandir” Azərbaycan SSR Ali Sovetinin iclasında –1989-cu il (FOTOXRONİKA)

Azpost.info “Fotoxronika” rubrikasında daha bir fotonu təqdim edir.

Azərbaycan SSR Ali Sovetinin iclası. Sentyabr. 1989-cu il.

Tribunada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov, Ali Sovet sədrinin müavini Telman Orucov oturub. İclasa Naim Fətəliyev sədrlik edir.

Azərbaycan SSR Ali Sovetinin deputatı, görkəmli kino aktyoru Məlik Dadaşov Qarabağla bağlı çıxış edir:
“-Qarabağda yalnız Azərbaycan hakimiyyəti ola bilər”-deyə çıxışında deyib.

Ali Sovetin bu sessiyasında Azərbaycanın iqtisadi suverenliyi haqqında qanun qəbul edilib. Bu, SSRİ-də qəbul edilən ilk belə sənəd idi.

Yaddaqalan obrazlar yaradan mərhum aktyorumuz Məlik Dadaşov sevilən sənətkar idi. Onun Qarabağ müharibəsi haqqında çəkilmiş məşhur “Fəryad” filmində oynadığı erməni hərbi komandiri Xaçaturyans obrazı aktyor ustalığının zirvəsi idi. Bu rola görə, onu küçədə döymək istəyiblər, filmin təqdimatı zamanı isə hamı lənət oxuyub. Məlik Dadaşov müsahibəsində demişdi ki, obrazın belə nifrət qazanması aktyorun rolun öhdəsindən gəlməsindən xəbər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 169 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Nənə-babasının qəbirləri üstündə nəşə əkdi –