Azərbaycanda son sutkada 169 nəfər COVID-19-a yoluxub –92 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvana avtobus biletlərinin qiyməti açıqlanıb

Sonrakı məqalə

“Fəryad” filmindəki “erməni komandir” Azərbaycan SSR Ali Sovetinin iclasında –