Nənə-babasının qəbirləri üstündə nəşə əkdi –FOTO

Türkiyədə bir şəxs nənə və babasının məzarları üstündə çətənə kolları əkib.

DHA-nın məlumatına görə hadisə Afyonkarahisar şəhərinin Yukarıyenice kəndində baş verib.

Qəbristanlıqdan keçən şəxslər iki məzarın üzərində çətənə kollarının əkildiyini görüblər və bu haqda dərhal polisə məlumat veriblər. Bunun ardınca əraziyə gələn polislər 2 ayrı məzar üzərində 26 kök çətənə bitkisi aşkar edib və təqsirli şəxsləri tapmaq üçün əməliyyata başlayıb.

Araşdırma nəticəsində Ç.G. adlı şəxsin öz nənə-babasının məzarları üstündə çətənə əkdiyi məlum olub. Ç.G.-nin atası G.G. ilə yaşadığı evində aparılan əməliyyat zamanı çox sayda narkotik maddə, 62 kök çətənə bitkisi və 1 tərəzi aşkar edib.

Ata və oğul saxlanılıb. Onlar narkotik maddə almaqda və satmaqda təqsirləndirilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Fəryad” filmindəki “erməni komandir” Azərbaycan SSR Ali Sovetinin iclasında –

Sonrakı məqalə

Prezident 4 səfiri geri çağırdı –