“Fəryad” filminin ikinci hissəsi çəkilir –Hadrutda dekorasiyalar qurulur

Məşhur kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi istehsalata buraxılıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən xəbərə görə, filmin hazırlıq prosesi davam edir.

İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin məkan çəkilişləri üçün Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. Təxminən bir həftədən sonra filmin çəkilişləri başlanacaq və ilin sonuna qədər tamamlanacaq.

Ekran əsərinin ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Magistraturaya qəbul üzrə müsabiqənin nəticələri açıqlandı –

Sonrakı məqalə

Vətən müharibəsinin iştirakçısı dənizdə batıb