Vətən müharibəsinin iştirakçısı dənizdə batıb

“Sunset” çimərliyinin ərazisində 1997-ci il təvəllüdlü Cəfərzadə Pərviz Musa oğlu çimərkən batıb.

Hadisə Abşeron rayonunun Novxanı ərazisində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
24 yaşlı gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki. P.Cəfərzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Fəryad” filminin ikinci hissəsi çəkilir –

Sonrakı məqalə

İngiltərə Danimarkanı məğlub etdi, ilk dəfə finala yüksəldi –