Fətullah Gülənin ölüm xəbəri təkzib olunub

ABŞ-da yaşayan Fətullah Gülənin vəfatı ilə bağlı gecə yayılmış xəbər təkzib olunub.

Azpost.info bildirir ki, FETÖ-nün Nyu-Cersidən yayınlanan “Tugra Books” və Blu Dome Press” tvitter hesabları gecə satlarında Gülənin öldüyünə dair xəbər paylaşıb.

Paylaşımda deyilirdi ki, bundan sonra FETÖ-nü Cövdət Türkyolu təmsil edəcək.

FETÖ tərəfdarları isə bunu təkzib edib. “Zaman” qəzetinin keçmiş yayın direktoru Əkrəm Dumanlı Tvitterdə bildirb ki, bu xəbərdən 1 saat əvvəl Fətullah Gülənlə görüşüb.

Tvitterdə Gülənin ölümü ilə bağlı yayılan xəbər silinib.

FETÖ-ya aid olan “Çağlayan” jurnalı Google Play-da “Tuğra Books” və “Blu Dome Press”adı ilə yayımlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Makronun ilk seçkiqabağı görüşündə qalmaqal –

Sonrakı məqalə

“Universal Music” Rusiyada fəaliyyətini dayandırır