Futbol üzrə Türkiyə Superliqasında IV turun mərkəzi oyunu keçirilib.
“Fənərbağça” İstanbul derbisində “Beşiktaş”ı qəbul edib. “Şükrü Saraçoğlu” stadionunda oynanılan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 26-cı dəqiqədə ev sahibi komandanın futbolçusu Milan Şkrinyar açıb. “Qara qartallar”ın heyətində isə 38-ci dəqiqədə Rıdvan Yılmaz və 73-cü dəqiqədə Duşan Vlahoviç fərqləniblər.
Bu nəticə ilə xallarını 9-a çatdıran “Beşiktaş” 2-ci pilləyə yüksəlib. “Fənərbağça” isə 4 xalla 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 10 xalla “Qalatasaray” başçılıq edir.