“Facebook” cütlüklərə yeni sosial şəbəkə təqdim etdi

08 Aprel 2020 - 16:02

“Facebook”un strukturuna daxil olan “NPE Team” sevgili cütlüklər üçün yeni “Tuned” tətbiqini təqdim edib.

“Report” “Verge”ə istinadən xəbər verir ki, bu platforma sadəcə sevgililər üçündür – 2 nəfərlikdir.

Tətbiqdə xüsusi stiker və smayllar olan messencer mövcuddur. Profili “Spotify”a bağlasanız, öz yarınızla sevdiyiniz trekləri paylaşa bilərsiniz.

Bildirilib ki, tətbiq pulsuz olacaq və bu sosial şəbəkədən istifadə etmək üçün “Facebook” akkauntunun olması vacib deyil.

Qeyd edək ki, “Tuned”u hələlik yalnız “App Store”dan endirmək mümkündür.