“Facebook”un gəliri 18% artıb- Rəqəmlər

Bu ilin I rübündə sosial media nəhəngi “Facebook”un gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 17,7 milyard ABŞ dollarına çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hesabat dövründə beynəlxalq birjalarda şirkətin səhmlərinin dəyəri 10% artaraq 194,2 ABŞ dolları olub.

Qeyd edək ki, bu ilin mart ayında “İnstaqram” və “WhatsApp” da daxil olmaqla “Facebook”un gündəlik istifadəçi sayı ilin əvvəli ilə müqayisədə 4,4% artaraq 2,36 milyarda yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda maskalılar sürücünü hədələyib 10 min dollar pulunu aldılar

Sonrakı məqalə

Bu halda yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur