“Fairmont” otelindəki hovuzada jurnalistlərə “işverən” deyən gənc saxlanıldı –FOTO

Bu gün “Fairmont Baku” otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi. 
O, video çəkərək media nümayənələrini və sosial şəbəkə istifadəçilərini “işverən” adlandırmışdı.
Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.
O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.
Onun barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı məlum olub

Sonrakı məqalə

Koronavirus xəstələrinin 348 nəfəri reanimasiyadadır-