FATF Rusiyanı “qara siyahıya” salmağa hazırlaşır- “Bloomberg”

Çirkli pulların yuyulmasına qarşı mübarizə aparan əsas beynəlxalq təşkilat – Maliyyə Təbirləri üzrə İşçi Qrupu (FATF)  iyun ayında Rusiyanı “qara siyahıya” sala bilər.

Azpost.info xəbər verir ki, bu halda Rusiya Şimali Koreya, İran və Myanma kimi ölkələrlə eyni siyahıda yer alacaq.

“Bloomberg” xəbər verir ki, Moskva bunun qarşısını almaq üçün ciddi  səylər göstərir. Rusiya dost ölkələrdən ona dəstək olmalarını xahiş edir, əks halda iqtisadi əməkdaşlıqda problemlərlə təhdid edir.

“Bloomberg” yazır ki, xüsusilə, Hindistana çox təzyiq var: “Müharibə başlayandan sonra Moskva dəfələrlə Dehlidən dəstək istəyib, əks halda ticarət və işgüzar əlaqələrdə, o cümlədən Rusiya silahlarının tədarükü, neft və nəqliyyat sektorlarında əməkdaşlıqda problemlərin ola biləcəyini deyib”.

Rusiya hakimiyyət orqanları Maliyyə Təbirləri üzrə İşçi Qrupunda  mövqeyinin pisləşəcəyi təqdirdə ölkənin daha da böyük beynəlxalq maliyyə təcridinə düşəcəyindən ehtiyat edirlər.

2022-ci ildə qrup Rusiyanın təşkilat daxilində fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyub və 24 fevral 2023-cü ildə Ukraynanın işğalının ildönümündə onun üzvlüyünü dayandırıb.

Azpost.info

Əvvəlki məqalə

“Vaqner” qrupunda Ukraynada döyüşən Salyan sakini həlak olub –

Sonrakı məqalə

Ukraynadakı səfirimiz Elmira Axundova geri çağırıldı – SƏRƏNCAM