Fatih Terim xəstəxanadan evə buraxılıb

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb.

Apasport.az saytının məlumatına görə, həkimlər koronavirus pandemiyasından əziyyət çəkən təcrübəli mütəxəssisin evə buraxılmasına icazə veriblər.

Martın 23-dən xəstəxanada həkim nəzarətində olan Terimin son testləri onun sağalma mərhələsində olduğunu göstərib. Doğrudur, koronavirusla bağlı testin nəticəsi hələ də müsbət çıxıb. Lakin müayinənin evdə davam etdirilməsi qərara alınıb. Ehtiyac yaranarsa, Terim yenidən xəstəxanaya yerləşdiriləcək.

Həkimlər evə buraxılmasına baxmayaraq, Terimin karantin rejimindən çıxmayacağını vurğulayıblar.

Qeyd edək ki, koronavirus xəstəliyi ilə bir müddətdir xəstəxanada olan “Qalatasaray”ın vitse-prezidenti Yusuf Günay da eyni şərtlərlə evə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hökumət hava daşımaları ilə bağlı qərara dəyişiklik etdi

Sonrakı məqalə

Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə 140 milyon avro ayırıb